KIZILDERİLİLERİN BÜYÜK BAŞÇISI(ŞEFİ) SEATLE’NİN HERKESE DERS VEREN MEKTUBU
-
1855-ci ildə, Amerika Birləşmiş Statlarının 14-cü
prezidenti Franklin Pierce, o zaman Washington
bölgəsində yaşayan Duwamish qızıldərililərindən
vətənlərini satıb və qorunmuş təbii bir ərazidə
yaşamalarını istədi.
Qızıldərililər,
ağdərililərin
güclü
başçısının
bu
“İstəyini“ heç cür anlaya bilmədilər.
Vətənin torpağını necə satmaq olar?! Onlara görə,
üstündə yaşadıqları torpaq göy üzü kimi, havanın
istisi kimi, küləyin sərinliyi və suların işıltısı kimi
alınıb satılmazdır.
İnam kimidir vətən torpağı da, o torpağa uzaq
çağlardan baş alıb gələn dərin bağlılıq və sonsuz
sevgidir. İnamı, kökləri insan ruhunun varılmaz
qatlarında olan dərin bağlılığı və sonsuz sevgini
satmaq olarmı?!
Uzun zamanlar boyu vətənlərinin hər bir qarış
torpağını, hər bir kiçik daşını, hər bir otunu və
doğma dərələrin gizli yerlərində pıçıldayan hər bir
axar suyunu candan sevən və müqəddəs sanan bu
insanlar ağdərililərin böyük başçısı olan prezident
Franklin Piercenin bu heyrət doğuran və sarsıdıcı
“İstəyi“ qarşısında nə edəcəklərini bilmədilər.
Chief Seattle, qızıldərililərin müdrik başçısı, Amerika
Birləşmiş
Statlarının
prezidentinə
bir
cavab
verməliydi. Çünki onsuz da, basqına hazırlanmış,
odlu silahları olan böyük bir ordunun qarşısını
almaq olmazdı.
Qızıldərililərin başçısı Chief Seattle, cavab olaraq
Amerika
Birləşmiş
Statlarının
prezidentinə
göndərdiyi sözlərində “Mənim sözlərim sönməz
ulduzlardır“ deyirdi. Artıq o tarixdən 153 il keçir. O
zaman, ağdərililər tərəfindən vəhşi bir xalqın vəhşi - 4 –
başçısı kimi dəyərləndirilən Seattlein sözləri, biz
insanların əliylə ağır xəstələnən dünyamızın çox
ciddi bir təhlükə qarşısında durduğu bir zamanda,
yolsuz yollarımıza işıq saçır və bizə, dünyamızı
vurduğumuz yaralardan qurtarmağa yol göstərir.
Biz,
zəhərlədiyimiz
dənizlərimizi,
ölümə
sürüklədiyimiz
ormanlarımızı,
Qarına
həsrət
qoyduğumuz dağlarımızı, bərəkətini korladığımız
çöllərimizi, xəstələndirdiyimiz buludlarımızı və bir
sözlə, bizim hər nəyimizi verən və bizi yaşadan
dünyamızı bu ciddi fəlakətdən qurtarmaq üçün bu
çağırışı eşidəcəyikmi? Bu “Sönməz ulduzları“
görməyə gözümüz olacaqmı?!
Aşağıda
oxuyacağınız
sözlər
Chief
Seattlein
sözlərindən alınmış parçalardır:
<>
<>
<<Mənim
sözlərim
ulduzlardır,
heç
zaman
sönməyəcək. Bu torpağın hər bir parçası mənim
xalqımın gözündə müqəddəsdir. Hər bir küknar
ağacının işıldayan iynəsi, hər bir qumlu sahil, tutqun
ormanları örtən hər bir duman, hər bir tala, hər bir
vızıldayan böcək və bütün bunlar mənim xalqımın
düşüncə və sınaqlarında müqəddəsdir. Ağaclara - 5 –
dırmaşan
su
qızıldərili
bir
insanın
xatirəsini
daşımaqdadır.>>
<>
<>
<>
<>
<> - 6 –
<>
<>
<>
<>
<<Torpağa tüpürənlər, özlərinə tüpürmüş olurlar.
Çünki biz bilirik ki, torpaq insanın deyil, insan
torpağındır.
Hər nə bir-biriylə bağlılıqdadır, bir ailəni bir-birinə
bağlayan qan kimi�
İnsan deyil ki, yaşamın xalısını toxumuşdur. İnsan,
onda ancaq bir sapdır. Bu xalıya nə etsəniz,
özünüzə etmiş olacaqsınız. - 7 –
Yox, gündüzlə gecə bir yerdə ola bilməz. Bizim
ölülərimiz, şirin sulu çaylarımızda yaşayırlar. Onlar,
baharın xəfif addımlarıyla dönərlər. Onların ruhudur,
ruzgarlarla göllərin suyunu ləpələndirən.>>
<>
<>
<>
<>
Qızıldərililər dünyasıyla tanış olmaq üçün yuxarıdakı
sözlər yetərli olmasa da, onların düşüncə və baxış
dünyasına kiçik bir pəncərə ola bilər bəlkə.
Bu, bir dünyadır ki, orda bizim çox sevdiyimiz və
yolunda canımızdan belə keçdiyimiz, dağları, - 8 –
çayları, dənizləri, yeri və göyü “FƏTH“ etmək
anlayışı anlamsız və hətta sarsaqlıqdır!
Çünki bütün bunlar, bir sözlə, təbiət və onda olan
hər şey bir-biriylə qırılmaz tellərlə bağlılıqdadır.
Təbiət bütün bunların və eləcə də bütün canlıların
anasıdır. Təbiəti ana və onun bütün canlı və cansız
varlıqlarını özünün bacısı və qardaşı bilən bir insan
öz anasını və öz bacı-qardaşını “FƏTH“ edərmi?
Belə bir insan, onları “FƏTH“ etmək deyil, onlarla
birlikdə və uyğunluqda yaşamaq istəyər.
Balıqlarını
tutub
yediyi
dənizləri
zəhərləməz.
Meyvəsinə, ağacına, heyvanlarının ətinə möhtac
olduğu ormanları yer üzündən silməz! Ətini yediyi,
südünü içdiyi, yununu, dərisini geydiyi, təzəyindən
belə tarlalarının verimli olmasında yararlandığı
heyvanlara qarşı düşməni kimi davranmaz.
Qızıldərililər təbiətə və onun varlıqlarına qarşı belə
davranırlar. Onlar tanrının əlçatmaz göylərin uzaq
bir yerində deyil, bütün canlılarda və cansızlarda
olmasına inanırlar. Onlar üçün hər nə müqəddəsdir,
çünki hər nədə ”Böyük Ruhun“ nəfəsindən və
varlığından vardır. Odur ki, hər nə qarşısında sayğılı
olmaq gərəkdir.
Müqəddəs bir təbildir torpaq da. Bu təbilin üstündə
yeriyən
və
yaşayan
insan
nəyin
üstündə
yaşadığının fərqində olmalıydı:
İçi boş kimi səslənir
Qayalıq yer
Ayaqlar altında.
O söyləyir:
Unutma ki, bir təbildir torpaq da, - 9 –
Ayaqlarımızda sayğı olmalı
Yerin ritminə uymalı.
Benzer Haberler